2010-cu ildən başlayaraq Mopar şirkəti hər il Fiat Chrysler Automobiles (FCA) alyansının avtomobillərinin təkmilləşdirilmiş variantlarını təqdim edir. Bu dəfə təkmilləşdirmədən keçmək şərəfi Dodge Challenger kupesinə nəsib olmuşdur.

Mopar bölməsinin səksən illik yubileyinə həsr edilmiş Dodge Challenger kupesi 160 nüsxədən ibarət məhdud sayda tirajla buraxılacaqdır. Xüsusi seriyadan olan avtomobillər iki rəngli kuzov, qara rəngli buraxılış sisteminin boruları, “Mopar 392” yazıları və 20 düymlük xüsusi təkər diskləri ilə seçiləcəkdirlər.

Mopar mütəxəssisləri kupeni qara-mavi və qara-boz rəngınə boyamağı təklif edirlər.  

Mopar tərəfindən hazırlanmış Dodge Challenger modelləri texniki cəhətdən dəyişikliyə məruz qalmayacaqdırlar. Masl-karlar 485 at qüvvəsi və 644 Nm fırlanma anına malik olan 6,4-litrlik V8 mühərriki ilə təchiuz ediləcəkdirlər. Bununla belə, onlar kapotdakı xüsusi hava girişləri və soyuq havanın verilməsi sistemi ilə təchiz ediləcəkdirlər. Xüsusi seriyadan olan kupelərin satışı bu ilin ikinci rübündə başlanacaqdır. Kupeni əldə etmək arzusunda olanlar 56885 dollar ödəməlidirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt