Renault komandası, Karlos Saynsın gələn mövsümdə Niko Hülkenberqə yoldaşlıq edəcəyini rəsmən təsdiqləyib. İspan pilot fransız komandasının tərkibində Colion Palmeri əvəz edəcəkdir. Eyni zamanda, ispan pilot Red Bull proqramının iştirakçısı olaraq qalır. Colion Palmerin isə, bu mövsümü Renault komandasında başa vuracaqdır.

“Helmut Markoya, Karlos Saynsı icarəyə verdiyinə görə, təşəkkürümü bildirmək istəyirəm, - Renault komandasının rəhbəri Siril Abitbul birdirib. – Hesab edirik ki, Niko və Karlos gələn mövsümdə Renault komandasının ən yaxşı pilot cütlüyü olacaq. Eyni zamanda, Coliona da mövsüm ərzində göstərdiyi səylərə görə minnətdarıq. Ona gələcəkdə uğurlar arzulayırıq”.

“Renault Sport komandasına qoşulduğuma görə xoşbəxtəm, - Karlos Sayns bildirib. – Zavod komandasının üzvü olmaq mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, komandanın mənə göstərdiyi etimadı trekdəki nəticələrimlə doğruldacağam”.

“Karlosun Renault komandasında çıxışı məsələsində razılığa gəldiyimizə görə şadam, - Helmut Marko bildirib. – O çox istedadlı yarışçıdır və zavod komandasına təcrübəli komanda yoldaşı ilə birlikdə çıxış etməkdən böyük təcrübə toplayacaqdır. Karlosun inkişafını diqqətlə izləyəcəyik. Axı o hələ də Red Bull ailəsinin üzvü olmağa davam edir”.