Renault Sport Colion Palmerin Yaponiya Qran Prisindən sonra fransız komandasından ayrılacağını rəsmi olaraq elan edib.

Britaniyalı pilotun dəyişdiriləcəyi barədə şaiyələr çoxdandır ki, tez-tez peletonda dilə gətirilirdi. Lakin, Palmerin fransız komandası ilə  bağlanmış müqaviləsi, pilotun komandanın təşəbbüsü ilə ayrılması halında, iri təzminatın ödənilməsini nəzərdə tuturdu. Çox güman ki, tərəflər artıq razılığa gəliblər.

«Suzukadakı yarış mənim üçün Renault komandasının tərkibində keçirdiyim son Qran Pri olacaq, - Palmer Instagram səhifəsində yazıb. -Cəza aldığıma görə, peletonun sonundan start almalı olacağam. Lakin, əlimdən gələni edəcəyəm. Son iki ildə göstərdikləri dəstəyə görə hər kəsə təşəkkürümü bildirirəm. Bu dəstək mənim üçün böyük əhəmiyyətə malikdir».

Beləliklə, Ostində keçiriləcək Qran Pridə Palmerin yerini Renault komandası ilə 2018-ci il üçün müqavilə bağlamış Karlos Sayns tutacaqdır. Bu avtomatik olaraq, Malaziya Qran Prisində yerini Pyer Qasliyə verən Daniil Kvyatın Toro Rosso komandasına qayıtması deməkdir.