Maserati şirkəti 16 Iyun tarixində ilk hibrid avtomobilini təqdim edib. İtalyan markasının ilk hibridi 2,0-litrlik dördslindrli benzin turbomühərriki,e-Bosster elektrik kompressoru və 48-voltluq startyor-generatoru ilə təchiz olunmuş Ghibli sedanıdır. Elektronikanı qidalandıran batareya oxlar arasında çəkinin daha yaxşı bölünməsi üçün baqaj bölümünün döşəməsində yerləşdirilib.

Hibrid sistemin ümumi hasilatı 330 at qüvvəsi və 450 Nm fırlanma anı təşkil edir. Xatırladaq ki, hibrid olmayan Maserati Ghibli sedanı 350 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3.0-litrlik V6 mühərriki ilə təchiz edilir. Hibrid güc qurğusu 8-pilləli ZF avtimatik ötürmələr qutusu ilə tandemdə çalışır. Arxa oxda isə, özükilidlənən mexaniki differensial quraşdırılmışdır. Ghibli Hydrid sedanı 100 km/saat həddinə 5,7 saniyəyə sürətlənir və 255 km/saatlıq maksimal sürət həddinə malikdir. Xatırladaq ki, adi sedan bu işə 5,5 saniyə sərf edir və onun maksimal sürət həddi 263 km/saatdır.

Bununla birlikdə, hibrid əlavə ilk növbədə karbon qazı tullantılarının səviyyəsinin azaldılmasına kömək etməlidir. Hazırda model xətti üzrə zərərli tullantıların ortalama səviyyəsi 100 kilometrə 95 qramdır. Hibrid model Maserati şirkətinə böyük cərimələrin qarşısını almağa yardım edəcəkdir. Ghibli Hydrid modelinin yanacaq sərfiyyatının sərfi göstəricisi 100 kilometrə 8,5–9.6 litr, CO₂ tullantıları isə, 192–216 qramdır.

Maserati Ghibli Hybrud modelini adi sedandan lamerton şəklindəı şaquli zolaqları olan yeni radiator barmaqlığı, mavi rəngli tərtibat elementləri və əyləc supportları, habelə 3200 GT modeli və Alfieri konseptinə işarə edən arxa işıq texnikası sayəsində tanımaq olar. Salonda 10,1-düymlük ekranı olan, hava üzərindən yenilənən və avtomobilin vəziyyətinə nəzarət edən yeni Maserati Intelligent Assistant media sistemi və yeni qrafikaya sahib olan cihazlar paneli quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ghibli Hydrid sedanı Maserati markasının elektrikləşdirilməsinə təkan verəcək ilk addım adlanır. Yaxın zamanlarda ona GranTurismo və GranCabrio elektromobilləri qoşulacaqdırlar. Elektrokarların debütü gələn ilə planlaşdırılıb.