Maserati şirkəti, Levante krossoveri ilə yanaşı Ghibli və Quattroporte sedanlarının daxil olduğu yenilənmiş Trofeo xəttini təqdim edib. Bütün modellər Ferrari şirkətinin V8 biturbo mühərriki və mexatronikanın Corsa rejiminə malik olan IVC dinamik stabilizasiya sistemi ilə təchiz edilirlər.

Trofeo indeksinə malik olan bütün Maserati modellərinin kapotunun altında Ferrari istehsalı olan 3,8-litrlik V8 mühərriki yerləşir. İki turbokompressorlu mühərrik 590 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edir və səkkiz pilləli ZF "avtomatı" ilə tandemdə çalışır. Bu üçlükdən ən yeyin olanı 100 km/saat həddinə 4,1 saniyəyə sürətlənən tamötürməli Levante Trofeo krossoveridir Əgər avtomobillər Avropa, Şimali Amerika, Koreya, Çin, Yaponiya və Hindistan üçün nəzərdə tutulmayıbsa o zaman sürətlənmə vaxtı 3,9 saniyə təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Arxa ötürməli Ghibli və Quattroporte Trofeo sedanları, müvafiq olaraq, bu işə 4.3 və 4.5 saniyəyə sərf edirlər və "Maserati tarixindəki ən sürətli" sedanlar adlandırılırlar: sedanların maksimal sürət həddi 326 km/saatdır. Levante Trofeo isə 302 km/saat həddinə qədər sürətlənir.

Qeyd etmək lazımdır ki, Ghibli modeli ümumiyyətlə V8 mühərriki ilə təklif edilmirdi: modelin top versiyası 430 at qüvvəli 3,0-litrlik V6 mühərriki ilə təchiz edilirdi və ötürmə növündən asılı olaraq 100 km/saat həddinə 4.7 (tam) və ya 4.9 (arxa) saniyəyə sürətlənirdi. Lakin Quattroporte modeli üçün belə mühərrik yeni deyil. Xatırladaq ki, flaqman sedanının 530 at qüvvəli mühərrikə malik olan GTS modifikasiyası mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərriklə yanaşı, Trofeo çeşidi eksteryervə interyer tərtibatı, həmçinin avadanlıq siyahısı ilə fərqlənir. Belə ki, standart avadanlıqlar siyahısına xüsusi Corsa "yarış" idarəetmə rejimi, lonç-kontrol, IVC dinamik sabitliyə nəzarət sistemi, sedanlar üçün 21-düymlük, Levante krossoveri üçün isə 22-düymlük Orione təkər diskləri daxil edilib. Bundan başqa, Trofeo modellərini qırmızı aksentlər və başqa naxışa malik olan fənərlər sayəsində ayırd etmək olar.

Salonda Pieno Fiore dərisi ilə üzlənmiş yeni ön paneli və oturacaqları, həmçinin hibrid Ghibli modelindən alınmış 10,1-düymlük displeyi olan Maserati Intelligent Assistant multimedia sistemini görmək olar. Bununla yanaşı, Levante modelindəki multimedia sistemi təkmilləşdirilmiş qrafikaya malik olan 8,4-düymlük ekran ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Trofeo sedanlarının buraxılması ilə Turindəki Avvocato Giovanni Agnelli zavodu məşğul olacaqdır. Krossoverin istehsalı isə Mirafiori zavodunun konveyer xəttindən çıxacaqdırlar. Bununla birlikdə, Ferrari mühərriki ilə təchiz edilmiş avtomobillərin ömrü uzun olmaya bilər. Yaxın iki il ərzində bu aqreqat Maserati tərəfindən hazırlanmış altısilindrli Nettuno mühərriki ilə əvəz ediləcəkdir. Xatırldadaq ki, bu mühərrik ortamühərrikli MC20 superkarda debüt etməlidir.