Mitsubishi şirkəti ilə Britaniyanın məşhur Top Gear dərgisi L200 pikapının xüsusi modifikasiyasını təqdim etmişdirlər. Unikal avtomobil Desert Warrior adlanır və Birmingemdə keçəcək kommersiya texnikasının sərgisində nümayiş etdiriləcəkdir.

Mitsubishi L200 Desert Warrior modeli adi pikapdan yeni təkər diskləri və bir sıra kuzov elementləri ilə seçilir. Avtomobil iri yolsuzluq şinləri ilə təchiz edilmiş təkər disklərinə sahib olmuşdur. Yeni təkərlərin quraşdırılması pikapın asqısına dəyişiklik edilməsinə səbəb olmuşdur: avtomobilin ön amortizatorları və arxa ressorları digəriləri ilə əvəz edilmişdir. Bundan başqa, pikap bucurqadı olan yeni ön bamperi, təkər tağlarının genişləndiricilərini, dama və bamperdə quraşdırılmış əlavə işıq texnikasini və idman oturacaqlarını əldə etmişdir.

Pikapın yük bölümündə xüsusi karkas quraşdırılmışdır ki, bu karkasda da iki ehtiyat təkəri və Motoped firmasının Survival mopedi yerləşdirilmişdir. Bütün bunların üzərində təyyarə qanadından düzəldilmiş çardaq vardır.