Porsche şirkəti növbəti dəfə Macan krossoverini yeniləyib. Yenilənmə yığcam krossoverin eksteryer və interyer dizaynını, habelə texniki hissəsini əhatə edib. İstisnasız olaraq, krossoverin bütün modifikasiyaları daha güclü mühərriklərə, yenidən tənzimlənmiş asqıya, daha zəngin standart təchizata və sensorlu düymələri olan yeni mərkəzi konsola sahib olublar.

Krossoverin ən dinamik versiyası sayılan Macan GTS modeli indi 100 km/saata 4,3 saniyəyə sürətlənir və 272 km/saatlıq maksimal sürət həddinə malikdir.

Porsche Macan GTS

Yenilənmiş Macan üç versiyada təklif edilr: adi, Macan S və Macan GTS. Porsche Macan modelinin adi modifikasiyasə 265 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik ilə təchzi edilir. Belə krossover 100 km/saat həddini 6,2 saniyəyə toplayır.

Növbəti Macan S versiyası 380 at qüvvəsi hasil edən 2,9-litrlik V6 biturbo mühərriki ilə hərəkətə gəlir. S indeksli krossover 100 km/saat həddinə 4.6 saniyəyə sürətlənir.  Nəhayət, krossoverin top vrsiyası sayılan Macan GTS modelinin kapotu altında 2,9-litrlik mühərrikin 440 at qüvvəli versiyası yerləşir.

Porsche Macan S

Sport Chrono paketi ilə təchiz edilən GTS modeli 100 km/saat həddini 4,3 saniyəyə toplayır. Beləliklə, yenilənmiş GTS gücünə görə əvvəlki Macan Turbo ilə bərabərləşib. İstisnasız olaraq, bütün modifikasiyalar PDK “robotu” və PTM tam ötürməsi ilə təklif edilirlər.

Artan güc asqının optimallaşdırılmasını, habelə Macan S və Macan GTS modellərinin standart təchizatına daxil olan adaptiv PASM şassinin yenidən tənzimlənməsini tələb edib. Bundan əlavə, GTS modifikasiyası klirensi 10 millimetr azaldılmış daha sərt idman pnevmoasqısını əldə edib. 

Porsche Macan GTS

Əlavə ödəniş qarşılığında, GTS indeksli krossoverini tərkibinə 21-düymlük təkər diskləri, PTV Plus dartma vektoruna nəzarət sistemi və Sport Chrono dəsti daxil olan GTS Sport paketi ilə də sifariş etmək mümkündür.

Krossoverin interyerindəki dəyişikliklər analoq düymələrinin əvəzinə sensorlu düymələr ilə təchiz edilimiş yeni mərkəzi konsoldan, transmissiyanın qısaldılmış dəstəyindən və 911modelindən alınmış GT Sport sükan çarxından ibarətdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche Communication Management media sisteminin ekranının ölçüsü 10,9 düymdür. Macan və Macan S modelləri üçün seçilən tikişləri olan bir neçə tərtibat variantı, Macan GTS modeli üçün isə tərkibinə elektriklə tənzimlənən idman oturacaqlarını və Race-Tex mikrofiber üzlukləri daxil olan GTS Sport dəsti təklif edilir.

Restaylinq keçmiş Macan modellərini yenilənmiş ön hissə və arxa diffuzor sayəsində asanlıqla tanımaq olar. Adaptiv LED fənərlər artıq standart avadanlıqlar sıyahısına daxildirlər. 

Avropada yenilənmiş krrossoverlərə sifarişlər artıq qəbul edilir. Sifariş edilmiş avtomobillərin müştərilərə çatdırmalarına oktyabr ayında başlanacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.