Porsche şirkəti “yaşıl” model xəttinin ilk modeli olacaq Taycan elektrokarının təqdimat tarixini açıqlayıb. Yeni elektrokar sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonunda debüt edəcəkdir. Alman istehsalçısı elektrokara öncədən sifarişi rəsmiləşdirilmiş müştərilərinin elektron poçtuna Taycan modelinin iki eskizini də yollayıb.

Eskizlə yanaşı alman istehsalçısı Zuffenhauzendəki konveyerin buraxılışa hazırlanması işlərinin son mərhələsinin başlandığını və dünya üzrə elektrik yükləmə infrastrukturunun yeyin templərlə inkişaf etdirildiyini bildirib.

Dərc edilmiş eskizlərdən də göründüyü kimi, Porsche mütəxəssisləri seriya modelində Mission E konseptinin cəlbediciliyini qoruyub saxlıamağa müvəffəq olublar. Xatırladaq ki, bir müddət bundan öncə Porsche şirkəti Taycan modelinə 20 min öncədən sifarişin qəbul edildiyini bildirib.