Volkswagen şirkətinin səkkizinci nəsil Golf modelinin final sınaqlarına başladığı barədə məlumat vermişdik.Bu günlərdə tamamilə kamuflyaj örtüyündən azad olan hetçbek ümumi istifadə yollarında görünüb.

Əslində səkkizinci nəsil Volkswagen Golf modelinin dizaynı heç də sirr deyil. Bir müddət bundan öncə, Carscoops saytı avtomobilin reklam çarxının hazırlanması zamanı çəkilmiş şəkillərini dərc etmişdi. Bu gün dərc edilmiş şəkillərdə isə, yalnız işıq texnikası aldadığı kamufljaja malikdir.

Image alt Image alt Image alt Image alt

Yeni nəsil Golf modelinin əsasını MQB modul platforması təşkil edir. Hetçbekin səkkizinci nəslinin mühərrik çeşidinə 1,0 - 2,0 litr arasında həcmləri olan üç və dörd silindrli mühərriklər daxil olacaqdır. Güc aqreqatları altı pilləli mexaniki və ya yeddi pilləli «robot» ilə təchiz ediləcəkdirlər.