Le-Manda leçirilmiş ilk test günün nəticələrinə görə, ən yaxşı zamanını Audi R18 e-tron quattro sportprototipinin ikinci heyətinin üzvü Lukas di Qrassi göstərmişdir. Braziliyalı pilot Sartedəki trekdə dövrəni 3:21,375 zamanla başa vuraraq birinci nəticəni qeyd etmişdir. Onun ardınca ikinci nəticəni göstərən pilot isə, Porsche 919 Hybrid sportprototipinin Avstraliyalı pilotu Mark Uebber olmuşdur. Mark Ubber ilə Lukas di Qrassi arasındakı zaman fərqi 0,895 saniyə təşkil etmişdir.

Günün üçüncü nəticəsini digər Porsche pilotu Nil Yani göstərmişdir. Hind əsilli İsveçrəli öz növbəsində di Qrassidən 0,959 saniyə geridə qalmışdır. Audi komandasının pilotu Andre Lotterer komanda yoldaşı Marsel Fasslerin günün ilk yarısında göstərdiyi nəticəni yaxşılaşdırsa da, əldə etdiyi zaman birinci Audi R18 prototipinin heyətinə dördüncü yerdən yuxarı qalxmağa imkan vermədi.

Toyota komandasının heyətləri günün birinci yarısında olduğu kimi, yenə də beşinci və altıncı yerlərlə kifayətlənməli oldular.

Yapon heyətlərinin pilotları arasında ən sürətli pilot Əntoni Dəvidson olmuşdur. Bununla belə, Dəvidson göstərdiyi zaman di Qrassinin əldə etdiyi nəticəsindən iki saniyə geridə qalmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt