Baron Rotşild vaxtı ilə deyib ki, “Mən o qədər varlı deyiləm ki, ucuz şeylər alım”. Bu ifadə indi də stilist və fəşn konsultanlar tərəfindən istifadə olunur. Bu ifadəni araşdıraq.

Alışlar iki cür olur: qısa və uzun müddətlik istifadə məqsədilə alınan əşyalar. 

Qısa müddətlik istifadə olunacaq predmetlərin qiyməti o qədər vacib deyil. Lakin qarderobu formalaşdırarkən, uzun müddət istifadə oluna biləcək əşyaların alınması zamanı dəyər və keyfiyyət vacibdir. 

Əşyanın dəyərini onun etiketində olan qiymətlə ölçmək yanlış addımdır, çünki, ucuz olan əşyanı bir, maksimum iki sezon geyinmək mümkün olur. 

Əşyanın dəyərini təyin etmək üçün, onun qiymətini istifadə sayına bölmək lazımdır. Bu zaman görəcəksiniz ki, məsələn, Zara-dan alınan cins Levi’s-dən əldə ediləndən uzun müddətdə daha baha başa gəlir.

✽ Bu məqalə maraqlı ola bilər – Cins haqqında maraqlı faktlar ➤

Beləliklə formula aşağıdakı kimidir:

1 istifadənin effektiv dəyəri = Satış qiyməti ÷ istifadə sayı

Nümunə:

Mass-market markadan cins 2 il geyinilir, orta hesabla hər həftə 2 dəfə daşınır. Orta qiymət 90 ₼ götürək. 

Beləliklə, 90₼ ÷ 208 (104 həftə *2) = 43 qəpik

Premium markadan alınan cins ən azı 5 il geyinilir. Qiyməti təxmini 200 ₼ (daha ucuz almaq mümkündür) hesablayaq:

200₼ ÷ 520 (260 həftə *2) = 38 qəpik

Əgər 5 il ərzində mass-market cinsin əvəzinə əlavə 2 ədəd almaq məcburiyyəti yaranırsa, o zaman ona xərclənən vəsait 180 manat, effektiv dəyəri 1,07 manat (1 geyinilmə üçün) edəcək. 

5 ildə premium cinsin effektiv dəyəri 38 qəpiyə başa gəldiyi halda, mass-market 1,07 manata, yəni 2.8 dəfə baha başa gəlir. 

Sözsüz ki, geyimə düzgün qulluq onun ömrünü uzadır. Lakin, yenə heç nə dəyişmir. Həm də nəzərə almaq lazımdır ki, mass-market markalar sürətli moda (1-2 sezon dəbdə olur), premium brendlər isə, əbəbi dəbdə olan geyimlər istehsal edirlər. Yəni, ikincilər uzun illər aktual olacaq.

✽ Bu məqalə maraqlı ola bilər – Etiketdəki simvolların təyinatı ➤

Şəxsi təcrübəmdən: Diesel cinsi 5 il, BOSS cinsi 6 il, Armani markasından olanı isə 7 il ərzində geyinmişdim. Sonradan qənaət məqsədi ilə aldığım Massimo Dutti cinsi 1.5 il istifadə edə bildim, lakin 9 aydan sonra formasını itirdi.

Çox zaman, insanlar stresslərini çıxarmaq məqsədi ilə alış-verişə gedib, ucuz qiymətə çoxlu sayda geyim alırlar. Onlar da qarderobda toplanaraq həm yer tutur, həm də az istifadə olunur. Çox sayda geyimin olması və hər gün seçim qarşısında qalmaq da stress yaradır. 

Böyük şirkətlərin CEO-ları eyni obraz komplektdən 7-12 cüt alırlar ki, geyim seçiminə beyin resursu və vaxt sərf etməsinlər.

Çox zaman qadınlar şkafda çox geyimin olmasına baxmayaraq “geyinməyə heç nəyim yoxdur!” deyə şikayət edib, yenisini alırlar. 

Ən yaxşısı baza qarderob metodunu tətbiq edərək, az əşya hesabına hər gün fərqli obrazlar yaratmaqdır. 5-6 ucuz əşyanın əvəzinə 1 ədəd keyfiyyətli geyim almaq daha məqsədəuyğundur. 

✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤

Keyfiyyətli biçilmiş geyim eyni zamanda qamətin düzgün olmasına yol açır, bu da insana serotanin və özgüvən verir. 

Baron Rotşild doğru ərz edib, çünki ilk baxışda ucuz əşya uzun zaman müddətində çox baha başa gəlir. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.