Qarderobun ən sərfəli və effektiv növü – baza qarderobudur. Baza qarderobun özəlliyi onun tərkibində bir-birinə uyğunlaşan predmetlərin olmasıdır. Baza rənglərdən ibarət bu geyimlərlə müxtəlif obrazlar yaratmaq mümkündür. Həm də şkafda daha az yer tutur.
✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤
Baza qarderobuna son illərdə tələbat böyük olsa da, bununla yanaşı onun haqqında çox yazılıb, danışılmasına baxmayaraq, hələ də əksəriyyət onun faydalarını bilmir.
Məsələn, 7 top + 5 şalvar + 2 don + 1 kombinezon = 38 Obraz (Outfits):
Baza qarderobunun özəlliklərindən biri də təkrar olunmayan predmetlərdir. Bu da büdcəyə yetərli qənaət deməkdir. Qənaət olunmuş vəsaiti isə daha keyfiyyətli geyimlərin alınmasına yönəltmək olar.
Minimal Baza Qarderobdakı az saylı predmetlərlə həftənin hər gününə müxtəlif obrazlar yaratmaq mümkündür:
Baza qarderobunda təkrar oluna biləcək yeganə predmet – baza rəng (ağ, qara, sürməyi) t-şört ola bilər, bu da gigiyena ilə əlaqədardır. Qısacası, iki eyni geyim predmetinin yaxud ayaqqabının yeri yoxdur.
Əgər, kostyum gündəlik iş dress kodudursa, sürməyi, boz, qəhvəyi rəngli bir yaxud iki bortlu kostyum, 2 müxtəlif rəng və materialdan olan pencək, eyni zamanda kontrast təşkil edən 2-3 şalvar əldə etmək olar. Bu da onlardan həm ofis, həm də müxtəlif tədbirlər üçün biznes, smart kəjual tərzində obrazlar yaratmağa imkan verir.
Bəs bu səhvdən qaçmaq üçün nə etmək olar?
Ən asan yollarından biri qarderobun uçotudur (siyahıyalınması). Bunun üçün çoxsayda mobil tətbiqlər və vebsaytlar var. Əlbəttə ki, smartfon və planşet üçün mobil tətbiq daha rahatdır, hər zaman smartfonda əlçatandır. Bu tərz tətbiqləri “warderobe planner” açar sözü ilə App Store və Google Play-də axtarış etmək olar.
Mən GetWarderobe Outfit Planner (iOS və Android) tətbiqini istifadə edirəm. İlk üstün tərəfi pulsuz olaraq 100 predmet yaxud obraz əlavə etmək imkanıdır. 100-dən çox olduqda ödənişliyə keçərək genişləndirmək olar. Ödənişsiz versiyada predmetləri əlavə edərkən, yaxud dəyişikliklər etdikdən sonra reklama baxmaq məcburidir. Anlamaq lazımdır, axı developer zəhməti qarşılığında gəlir əldə etməlidir. Əks təqdirdə 2.92 ABŞ Dolları (5 manat) abunə haqqı ödəyərək, Premium abunəyə keçmək olar. Elə də böyük rəqəm deyil, hər dəfə qəhvəyə daha çox pul veririk.
GetWarderobe tətbiqinin interfeys skrinşotları
Tətbiqdə geyim, ayaqqabı, aksessuar növləri, onların müxtəlif xarakteristikalarını, rəngini, ölçü, brendi (istehsalçının markası), dəyərini, alınmış linki, şəkilini, çəkiyə, fəsilə uyğunluğu və sairə məlumatları əlavə etmək mümkündür. Şəkili çəkmək yaxud qalereyadan yükləmək olar. Süni Zəka şəklin fonunu avtomatik silərək əlavə edir. Həmçinin, öz teqlərinizi yarada bilərsiniz. Tətbiqdə teqlər, fəsillər, rənglər və sairə parametlər əsasında axtarış etmək mümkündür.
Digər bir imkanı isə gələcək alış planlarının tərtib edilməsi, mövcud predmetlərin satışa, təmirə, təmizlənməyə çıxarıldığını qeyd etmək olar.
Bundan başqa təqvim hissəsində gündəlik obrazları planlaşdırmaq mümkündür. Təqvimdə həmin gün üçün hava proqnozu da görünür. Avtomatik olaraq, Süni Zəka obrazlar yarada bilir.
Digər bir imkan isə individual Fəşn Kosnultantın müştərisinin qarderobuna müdaxilə imkanıdır. O, öz tətbiqi vasitəsi ilə müştərinin bazasına qoşularaq, onun üçün obrazlar (həmçinin təqvimdə planlama) yarada bilir. Bu artıq ödənişli versiyada mümkündür.
Tətbiqdə, Community hissəsində hər kəs öz qarderobunu yaxud yaratdığı obrazları bölüşə bilər. Bu hissə sosial şəbəkələr kimi fəaliyyət göstərir, izləyicilər layk edə və şərh yaza bilir.
Qayıdaq dublikat predmetlərə. Alışı planlayaraq dublikatların və artıq xərcin qarşısını almaq olar. Digər tərəfdən, spontan (planlaşdırılmamış, ani qərar) alış etmək istəyi yarandıqda, tətbiqə baxaraq, artıq belə geyimin olmasını təyin edərək, bu fikirdən daşınmaq olar.
Soruşacaqsınız ki, bəs qənaət olunmuş məbləği nə edək?
Səyahətə xərcləyin. Səyahət üçün əşyaları toplayarkən kompakt kapsul qarderobu yaratmaq mümkündür. Bu da kiçik çamadanla (həm də aviabiletdəki baqaja qənaət) səyahətə imkan verəcək.
✽ Bu məqalə maraqlı ola bilər – Çamadanı yığcam toplama üsulu ➤
Bununla belə, əgər ürəyiniz nəyisə çox istəyirsə, bu istəyin qarşısını nə fəşn konsultant, nə də tətbiq ala bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.