Geyim tərzi ilə maraqlanan hər kəs “Old money” ifadəsini eşidib. Amma onun haqqında az məlumatı olanlar var. Bu üslüb sadə, eleqant və zövqlü görünüş üçün ən maraqlı tərzlərdəndir.
Moda cəmiyyətin, mədəniyyətin və şəxsi zövqün əksidir. 19-cu əsrin Dandy obrazlarından başlayaraq kişilər fərqli üslublarla eksperimentlər edirlər. Lakin, zamanın sınağından çıxmış "Old money” eleqantlığın və incə zövqün təcəssümüdür. Bu üslub həm kişilər, həm də qadınların geyim tərzinə aiddir.
✽ Bu məqalə maraqlı ola bilər – Geyimdə Dendizm fəlsəfəsi ➤
"Old money” yaxud “Səssiz Lüks” (ing. Quiet Luxury) ifadəsi, nəsildən-nəsilə keçən sərvət və həyat tərzini miras almış müəyyən sinifə aiddir. Bu üslub təmkinli eleqantlıq, keyfiyyət və ənənəvi, klassik geyim əşyalarından istifadə ilə xarakterizə olunur. Bu, dəbdən daha çox zamansızlığı və davamlılığı qiymətləndirən bir stildir, müvəqqəti moda deyil.
"Old money" üslubu heç vaxt dəbdən düşməyən əbədi estetikadır, ona görə də zamanın sınağına tab gətirmək üçün parçalar yüksək keyfiyyətli olmalıdır. Aldığınız hər şeyə bir və ya iki mövsüm aktual olacaq bir qarderob predmeti kimi deyil, investisiya kimi baxmaq lazımdır.
Moda dünyasında "Old money" üslubu uzun illər üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli, yaxşı tikilmiş geyimlərə investisiya etməyi nəzərdə tutur. Tipik "Old money" qarderobu sifarişlə tikilmiş kostyumlar və köynəklər, kaşmir sviterlər, dəri ayaqqabılar və aksesuarlar, ənənəvi klassik geyim predmetləridir. Onlar klassik kəsim, neytral rənglər, dözümlü və rahat parçalardan hazırlanır.
Üslubun əsas elementlərindən biri detallara diqqətdir. Hər bir geyimin mükəmməl oturması üçün diqqətlə işlənir. Tikiş, düymələr və astar kimi detallara xüsusi diqqət yetirilir. Öz növbəsində keyfiyyət və sənətkarlığa olan bu diqqət əşyaların qiymətlərində də öz əksini tapır. Çünki, onlar sürətli moda geyimlərindən bahalıdır. Lakin, bu qiymətin əsası odur ki, bu əşyalar uzun illər davamlı qulluq edir.
"Old money" üslubunun digər bir xüsusiyyəti təmkinli eleqantlığa işarədir. Yüksək diqqət çəkən dəbli stildən fərqli olaraq, "Old money" sakitliyə və ciddiliyə əsaslanır. Onlar dəbli deyil, əbədi olmaq üçün nəzərdə tutulub.
✽ Bu məqalə maraqlı ola bilər – Kişi kostyumunun seçim qaydaları ➤
Üslubun üstünlüklərindən biri də universal olmasıdır. Məsələn, xüsusi hazırlanmış kostyumu həm rəsmi tədbirə, həm də təsadüfi bir görünüş üçün idman ayaqqabısı və sviterlə geyinilə bilər. Eyni hal köynəklərə də aiddir. Onları həm kostyumla rəsmi tədbirlərə, həm də cinslə dəst şəkilində geyinmək olur.
"Old money" üslubu keyfiyyəti, sənətkarlığı və təmkinli eleqantlığı qiymətləndirənlərə əbədi yanaşmadır. Bu, illərlə davam edən, həmişə səliqəli və intizamlı görünən üslubdur. İstər rəsmi bir hadisə üçün, istərsə də gəzinti üçün geyinilərsə, "Old money" üslubu kişi modasına zamansız bir yanaşmadır və gözəl təəsürat yaradacaq tərzdir.
50-70-ci illərdə Fransız Rivierasında əsl səs-küyə səbəb olan bu üslub, şübhəsiz ki, parlaq geyinməyin yeni bir yolu olsa da, “Old money" bej, ağ, boz, krem və kürənin açıq tonlarında sakit və təmkinli rəng palitrasına əsaslanır. Sürməyi və kömür boz rənglər qış fəslində istifadə edilir. Onlar tütün və krem rənglərlə yaxşı kontrast təşkil edir.
Termindəki “Money” (pul) sözünə baxmayaraq, onun mənası heç də çoxsayda bahalı əşyalar almağı nəzərdə tutmur. Onun sirri şık, cazibədar, lakin təkəbbürlü görünməməkdir. Rənglər klassik və təmkinli olmalıdır: sürməyi, boz, ağ, qəhvəyi, bej, yəni heç vaxt modadan çıxmayanlar. Parça üzərində naxış varsa, o da təmkinli olmalıdır: məsələn, nazik bir zolaq və ya dama.
Əsasən, bu üslub baza qarderobuna bənzəyir. Baza qarderobuna əlavə olaraq geyim və aksessuarlar yüksək keyfiyyətli materiallardan hazırlanmış, fiquraya doğru biçilmişdir. Kostyumlar və köynəklər sifariş əsasında hazırlanır.
✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤
Bu tip geyimlərdə tapa biləcəyiniz yeganə loqotiplər daxildəki etiketlərdədir.
“Old money” öz dəyəri barədə “qışqırmamalıdır”, üzərində loqotiplər və yazılar olmamalıdır. Çox cəlbedici paltar və aksessuarlar, sahibinin onların arxasında gizləndiyi və özünə inamsız olduğu təəssüratını yaradır, “Old money” tərzi isə bunun tam əksini deyir.
İstər rəsmi tədbir, istərsə də gəzinti üçün geyinilərsə, "Old money" üslubu əbədi yanaşmadır, həm də mütləq yaxşı təəsürat yaradacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.