Üçtəkərli avtosikllərin istehsalı üzrə ixtisaslaşmış Vanderhall şirkəti Brawley adlı yeni modelini təqdim edib. Bu, xarici dizameri 35 düym olan təkərlər, uzun gedişli asqı və karbon-saxsı əyləcləri ilə təchiz edilmiş, Jeep Wrangler Xtreme Recon və ya Ford Bronco Badlands Sasquatch modellərinin üslubunda görünüşə malik olan elektrik ofrouderdir.
Əvvəllər Navarro adı ilə tanınan Vanderhall Brawley modeli ümumi hasilatı 405 at qüvvəsi və 651 Nm fırlanma anı olan dörd elektrik mühərriki ilə hərəkətə gələcəkdir. Hər bir mühərrik, inventor, reduktor, əyləc və soyutma sistemi ilə birlikdə vahid qurğunu təşkil edir.
NMC (nikel-manqan-kobalt) hüceyrələrindən ibarət olan 40 və ya 60 kilovat-saatlıq batareya, ofrouderi 322 kilometrə qədər yürüş ehtiyatı ilə təmin edəcəkdir. Batareya istilik nizamlanması sisteminə malikdir və sürətli yürləməni dəstəkləyir. Batareyanın 80 faizinin doldurulmasına bir saatdan az vaxt tələb olunur.
Ofrouder xarici diametri 35 düym olan təkərlər və daxili baypas klapanları olan amortizatorlar ilə təchiz ediləcəkdir. Asqının gedişi 560 millimetr olacaqdır. Brawley modelinin avadanlıq siyahısına çıxarıla bilən dam, dəri ilə üzlənmiş sükan çarxı, kondisioner, Bluetooth rabitəsi olan səs sistemi daxildir.
Salon - dörd yerlikdir. Opsiyalar siyahısına şüşəsilənlər, qızdırılan oturacaqlar, sürəti və digər avtomobillərə qədər olan məsafəsi ölçən sistem daxildir.
Hazırda Vanderhall model çeşidində Carmel, Edison, Laguna və Venice avtosiklləri mövcuddur. Birinci model ən bahalı avtosikldir. Onun qiyməti 46.950 dollardır. Carmel modelini 197 at qüvvəsi və 275 Nm fırlanma anı hasil edən 1.5-litrlik dördsilindrli turbomühərrik ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli “avtomat” ilə tandemdə çalışır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.