İspaniyanın 77km nəşrinin jurnalistləri növbəti “sığır testini” keçiriblər. Bu dəfə ispanlar beşinci nəsil Range Rover PHEV krossoverinin manevr qabiliyyətini sınayıblar. Əldə edilmiş nəticə heç də ürəkaçan deyil – dəbdəbəli ofrouder bu testi 63 km/saat sürətilə yerinə yetirib, halbuki belə bir sınaq üçün düzgün sürət ən azı 77 km/saat hesab olunur, məqbul sayılan minimal sürət isə, 72 km/saat təşkil edir.

İlk cəhd zamanı mütəxəssislər 76 km/saat həddinə sürətlənməyə və maneələrdən yayınmaq üçün manevrlər etməyə çalışsalar da, avtomobil dərhal yol səthi ilə təmas qabiliyyətini itirib.

Bunun ardınca konusları ötüb keçmək üçün edilmiş bir neçə cəhd də uğursuz alınıb. Nəticədə jurnalistlər yalnız 63 km/saat sürəti ilə tapşırığı yerinə yetirə biliblər. Bu sürətdə dönmə çatışmamazlığı daha az hiss olunsa da, elektron stabilizasiya sistemi həddən ziyadə intensiv işləyərək ön təkərlərin sürətini azaldıb.

Bu, “sığır” testindən keçə bilməyən ilk elektrikləşmiş avtomobili deyil. 2022-ci ilin əvvəlində ispan nəşrinin jurnalistləri Mercedes-Benz EQS elektrik krossoverini sınaqdan keçiriblər və alman avtomobili də bu tapşırığı 77 km/saat sürətilə yerinə yetirə bilməyib. Onun qeydə aldığı ən yaxşı nəticə 72 km/saat olub.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.